Ukrayna bu il müharibəni bitirmək üçün dünya ölkələrindən kömək istəyir
“Bu il müharibəni bitirmək üçün mümkün olan nə varsa edəcəyik. Lakin hər şey beynəlxalq dəstəkdən və Rusiyaya göstərilən təzyiqdən asılıdır”.
“Turanın səsi ” in “Ukrinform”a istinadən xəbər verir bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
O bildirib ki, ölkə ərazisində havanın temperaturu aşağı düşməkdə davam edir: “Ruslar bu vəziyyətdən istifadə edib yaxın günlərdə Ukraynanın enerji infrastrukturuna yeni hücuma keçə bilərlər. Birtərəfli barışıq səyləri isə mənasızdır. Rusiya Prezidenti Vladimir Putin bu yolla ukraynalıların və beynəlxalq ictimaiyyətin reaksiyasını sınamağa çalışır”.
V.Skibitskinin sözlərinə görə, indi Rusiyada cəmi 90 “İsgəndər” zenit-raket kompleksi qalıb: “Əks-hücum əməliyyatlarımız davam edəcək. Rusiya yeni səfərbərlik dalğası hazırlayır. Son iki həftə ərzində ruslar təkcə şərqə deyil, həm də Ukraynanın müvəqqəti işğal olunmuş Zaporojye və Xerson vilayətlərinə xeyli adam aparıblar. Hazırda Rusiyanın şimaldan hücuma keçmək üçün kifayət qədər hərbi gücü yoxdur. Çox güman, Belarus ərazisi qoşunların yenidən qruplaşdırılması üçün baza kimi istifadə olunacaq”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında savaş ötən il fevralın 24-də başlayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09