Gün ərzində respublikamızda polis əməkdaşları 1830 çağırışa çıxıblar

0

Gün ərzində respublikamızda polis əməkdaşları 1830 çağırışa çıxıblar. Post Patrul, Çevik Polis, Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib. Heç bir çağırışa etinasız yanaşılmayıb. Bütün çağırışlar üzrə nəticələr Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılıb.

Bu barədə Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Hava şəraiti ilə əlaqədar evdən çıxa bilməyən ahıl və xəstəliyi olan şəxslərin zəruri ehtiyacları ilə bağlı “102 Zəng Mərkəzi”-nin fasiləsiz olaraq məlumatları ərazi polis orqanlarına ötürməklə polis əməkdaşlarının müdaxiləsi təşkil edilib.

DİN tərəfindən bütün istiqamətlər üzrə xidmətin fasiləsizliyi davam etdirilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir