Qarlı hava şəraiti ilə əlaqədar şimal bölgəsində yollarda vəziyyət açıqlanıb

Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq şimal bölgəsindəki yollarda vəziyyət açıqlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan ” turanın səsi ” nə bildirilib ki, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Bundan əlavə, Xaçmazda nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə isə zərər dəyib.

Qubada isə 15 nəqliyyat hadisəsi olub və 27 avtomobilə zərər dəyib. Hadisələr zamanı xəsarət alan olmayıb.

Qeyd olunub ki, hadisələr yanvarın 7-dən 8-dək olan dövrü əhatə edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir