Deputat : ” Zəngəzur dəhlizi ya açılacaq , ya açılaq-Prezidentin nida kimi mesajının şifrəsi”
Milli Məclisin Müdaifiə , təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Millət Vəkili Arzu Nağıyev “turanın səsi ” nə açıqlamasında dövlət başçısının fikirlərinin mühüm əhəmiyyətə malik olduğunu söylədi:
“Cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama tək Ermənistana və ya onların havadarlarına deyil, dünya ictimaiyyətinə bir mesajdır. Dəfələrlə qeyd edilib ki, məhz Zəngəzur dəhlizi tək iki dövlətin istəyi ilə reallaşan məsələ kimi düşünülməməlidir , bu artıq bütün dünya iqtisadiyyatına töhfə verəcək bir məsələdir , reallaşması mütləqdir və belə də olacaqdır.
Sadəcə olaraq ermənilər nəzarət mexanizmini öz əllərində və ya havadar qüvvələrin əlində saxlamağa çalışırlar , bu isə mümkün olmayan bir işdir. İstər Çin, istər ABŞ və ya digər super güclər Ermənistanın istəyi ilə iqtisadi münasibətlər qurmurlar , hər dövlətin öz maraq və məramları var.
Bundan başqa, dünyanın aparıcı analitikləri 2023-cü ilin məhz Türk Dövlətləri Təşkilatı və GUAM-la işbirliyi qurulmasını ön plana çəkirlər. Təbii ki, regional konfliktlər nəzərə alınacaq və maneə törədə biləcək istənilən addımlar lokallaşdırılacaq”.
A.Nağıyevin sözlərinə görə, buraya təbii ki, Ermənistan da daxildir: “Ermənistan və ya Fransa, başqa dövlətlər tərəfindən verilən qeyri-adekvat bəyanat və addımları da bura aid etmək olar”. Deputat istisna etmir ki, Zəngəzur dəhlizinin açılması son nəticədə hərbi yolla da reallaşa bilər.
“Zəngəzur dəhlizinin açılması tək regionda deyil, ümumiyyətlə, dünyada istər Avropada, Asiyada, hətta bu gün ən maraq doğuran region olan Afrikada belə iqtisadi vəziyyətin yaxşılaşmasına xidmət edəcək və ticarət imkanlarını daha da artıracaq. Deməli, əsas məsələ tezliklə sülhün imzalanmasından keçir. Bunun əngəllənməsinə, müxtəlif bəhanələr gətirilə bilər, lakin bütün hər bir verilən bəyanat faktlara əsaslanmalıdır”.
A.Nağıyevin fikrincə, Paşinyan ilk növbədə daxili auditoriyanı sakitləşdirməli, sonra da Rusiya ilə bağlı qeyri-adekvat addımlardan çəkinməlidir: “Ermənistanın baş naziri Fransanın regiona gələcəyinə xalqını inandırmağa çalışsa da, bunun çıxış yolu olmadığını dərk etməlidir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09