ABŞ Ukraynaya “Bradley” piyada döyüş maşınları verəcək
ABŞ administrasiyası Ukraynaya 50-yə yaxın “Bradley” piyada döyüş maşını verəcək.
“Turanın səsi ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığından sonra iki ölkənin birgə yazılı bəyanatında deyilir.
“Bayden və Şolts lazım olduğu müddətcə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməkdə davam edəcək.
Bu məqsədlə ABŞ və Almaniya Ukraynanı “Bradley” BMP ilə təmin etmək niyyətindədir. Hər iki ölkə Ukrayna qoşunlarına müvafiq sistemlərdə təlim keçməyi planlaşdırır”, – sənəddə bildirilir
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
⁹QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09