Bakıda mənzildən 4 kişi meyiti tapılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ” turanın səsi ” nə bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.
Mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur. Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ.
TEL : 051 777 82 09