BMT-nin baş katibi Ukraynadakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır
“BMT-nin baş katibi Antonio Quterreş hər iki tərəf istəsə, Ukraynadakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır”.
“turanın səsi ” xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Yeni il öncəsi bu haqda xəbər çıxanda baş katiblə bu haqda danışdıq. Baş katib açıq şəkildə bildirdi ki, hər iki tərəf istəsə, o, həmişə vasitəçilik etməyə hazırdır. Bunu müəyyən mənada o, dünyada baş verən istənilən münaqişə haqqında deyə bilərdi. Əminəm ki, o, Nyu-Yorka qayıdanda bu məsələ ilə bağlı ətraflı hesabat alacaq”, – deyə o qeyd edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09