Ukrayna kəşfiyyatı: “Rusiya növbəti kütləvi hücuma hazırlaşır” 

0

“Rusiya Ukraynaya qarşı növbəti kütləvi hücuma hazırlaşır”.

Turanın səsi”  UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O bildirib ki, qarşı tərəfin aviasiyası hücuma hazırlıq görür: “Rusiyanın kütləvi hücumu yanvarın 9-10-da ola bilər. Növbəti hücum üçün hazırlıq prosesi davam edir”.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi söyləyib ki, hava şəraiti də yüksək dəqiqlikli silahlardan istifadə üçün əlverişlidir.

Qeyd edək ki, Rusiya ordusu dekabrın 29-dan yanvarın 1-dək Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib.

Ukrayna Prezident Volodimir Zelenski deyib ki, Rusiya gecə vaxtı həyata keçirdiyi hücumlarla Ukraynanın hava hücumundan müdafiəsini məhv etməyə çalışır.

Xatırladaq ki, Ukrayna kəşfiyyatı Rusiyanın raketlərinin tükəndiyini bəyan edib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir