Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: yanvarın 4 və 7-də…
2023-cü il maqnit qasırğası olacaq tarixlər açıqlanıb.
“Turanın səsi ” in xəbər verir ki , Qlobal.net xəbər verir ki, bu tarxilər barədə “Gismeteo” portalında məlumat yerləşdirilib.
Yanvarın 3- də zəif maqnit qasırğası gözlənilir. Sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.
Maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.
Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09