Deputat : “Azərbaycan xalqı 44 günlük müharibədə İsrailin verdiyi dəstəyi heç zaman unutmayacaq
“Azərbaycan Respublikasının İsrail dövlətinə ilk səfir təyin olunması ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin daha üst səviyyəyə qaldırılması deməkdir”.
“Turanın səsi” Demokrat.az-a istinadən xəbər verir ki , bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
“Uzun illər, bəzi obyektiv səbəblər üzündən səfirliyimizin açılması ləngiyirdi. Buna baxmayaraq, İsraillə Azərbaycan arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq əlaqələri yaradılmışdı. Azərbaycan xalqı, 44 günlük müharibədə İsrailin ölkəmizə verdiyi dəstəyi heç zaman unutmayacaqdır.
Demək olar ki, Azərbaycan yəhudilərin kompakt şəkildə təhlükəsiz şəkildə yaşadığı yeganə ölkədir. Azərbaycan multikultural dəyərlərin yüksək səviyyədə qorunduğu, dünya miqyasında tolerantlıq nümunəsi kimi qəbul olunan ölkədir”.
“İsrail hərtərəfli inkişaf etmiş, qabaqcıl elmə, təhsilə, informasiya texnologiyalarına, müdafiə sənayesi kompleksinə, təhlükəsizlik sisteminə malik dövlətdir. Kənd təsərrüfatının inkişafı baxımından məhdud münbit torpaqlara, mürəkkəb coğrafi və iqlim şəraitinə baxmayaraq, ildə bir neçə dəfə məhsul əldə olunur.
Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində özünəməxsus güclü mövqeyi ilə seçilən İsrail kimi dövlətlə dostluq münasibətlərinin qurulması olduqca vacibdir.
Ona görə də, Prezident İlham Əliyevin apardığı çoxvektorlu xarici siyasət kursu özünü tamamilə doğurur və ölkəmizin beynəlxalq nüfuzunu günü-gündən artırır. Yeni təyin olunmuş səfirə uğurlar arzulayıram”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09