Azərbaycanda Rusiya ilə birgə feromon tələlərinin istehsalına başlanılacaq

0

Bu il Azərbaycanda feromon və rəngli tələlərin istehsalı üzrə Rusiya ilə birgə istehsalın işə salınması planlaşdırılır.

Turanın səsi “ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, layihə Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU “VNIIKR”) alim və mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu məsələ Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində, “VNİİKR” Federal Dövlət Büdcə Qurumunun direktoru Yevgeni Nazinlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev arasında keçirilən görüşdə müzakirə edilib.

Danışıqlar zamanı tərəflər iki ölkənin mütəxəssisləri arasında qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsini, eləcə də birgə elmi tədqiqatların aparılması məsələlərini müzakirə ediblər.

Bundan başqa, “VNIIKR” Federal Dövlət Büdcə Təşkilatının əməkdaşlarının materialların və kolleksiyaların arxivdə saxlanması ilə bağlı təcrübəsini bölüşdükləri entomoloji fondun yaradılmasına yanaşmalar müzakirə edilib.

Qeyd edilib ki, alim və mütəxəssisləri arasında əməkdaşlığın inkişafı Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir