Zelenski: “Rusiya “Şahid”lərlə uzunmüddətli hücum planlaşdırır”
2023-cü ilin iki günündə Ukrayna artıq Rusiya tərəfindən buraxılan 80-dən çox İran istehsalı kamikadze dronlarını vurub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətind deyib.
O, yaxın gələcəkdə dronların sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib:
“Rusiyanın “Şahid”lərlə uzunmüddətli hücum planlaşdırdığına dair məlumatımız var”.
O bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri son dərəcə yaxşı işləyir və Ukraynaya hər gün “uğur və nailiyyətlər” lazımdır:
“Hər vurulan dron, hər vurulan raket, hər gün xalqımız üçün elektrik enerjisi və minimum sönmə qrafiki – bunlar məhz belə qələbələrdir. Bizim hərbçilərimizin cəbhədə irəlilədiyi hər addım, saxlanan hər mövqe – bunlar elə uğurlardır ki, hazırda strateji əhəmiyyət kəsb edir”.