DİN – in mətbuat xidmətinin məlumatı

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb. “VAZ-21099” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” -ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.


Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə
şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında əməkdaşın xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Ötən il dekabrın 31-də və cari il yanvarın 1-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.


Yol-nəqliyyat hadisələri

Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Babək RPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 31-də saat 14 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Qobustan rayon sakini K.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 1-də saat 13 radələrində paytaxtın Nizami rayonu ərazisində, “Şəfa” stadionun yaxınlığında Bakı şəhər sakinləri V.Abdullayevin idarə etdiyi “Mercedes” və P.Əlizadənin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə V.Abdullayev, sərnişinləri A.Allahyarova və K.Namazova hadisə yerində, P.Əlizadə və sərnişini J.Aslanova xəstəxanada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 1-də saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Yanvarın 1-də saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


Oğurluq

Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.


Oğurluq

Nəsimi RPİ 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
Bayram günlərində polisin çevik müdaxiləsilə 176 faktın hadisə çevrilməsinin qarşısı alınıb

Respublikamızda bayram günlərində – 31 dekabr və 1 yanvar tarixlərində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlardan – jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən daxil olan 176 məlumat üzrə polis əməkdaşları çevik müdaxilə ediblər.

Vaxtında edilən hüquqi müdaxilə nəticəsində faktların hadisə çevrilməsinin qarşısı alınıb. Əsasən sərxoş vəziyyətdə ictimai qaydaya və ictimai təhlükəsizliyə xələl gətirən şəxslər əməllərindən çəkindirilib, onlar barəsində həbs növündə olmayan digər profilaktik tədbirlər görülüb.

Qeyd olunanları nəzərə alaraq, təhlükəsizliyi həyat tərzinə çevirən, vaxtında məlumatlandırmanı təmin edən vətəndaşlarımıza minnətdarlıq edirik. Daxili İşlər Orqanlarının əməkdaşları fasiləsiz xidmətini davam etdirir.


Oğurluq


Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da Səbail rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən V.Kotlyar saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla onun ötən il dekabrın 27-də N.Cəfərovaya məxsus içərisində 3200 manat və 400 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir