Borel: “Ukraynalılar bütün cəbhələrdə Avropa İttifaqından dəstək alacaqlar”
“Ukraynalılar bütün cəbhələrdə Avropa İttifaqından dəstək alacaqlar. Bu, Ukrayna müharibənin dağıntılarından çıxana qədər davam edəcək”.
“Turanın səsi ” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel bildirib.
“Aİ Ukrayna xalqına bütün cəbhələrdə: humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi dəstəkdə qətiyyətli qalacaq”, – Borel qeyd edib.
O, 2023-cü ildə Aİ-nin Ukrayna Silahlı Qüvvələrinə misli görünməmiş hərbi dəstəyi və təlimi gücləndirəcəyinə, həmçinin 2023-cü il üçün Ukraynaya əlavə 18 milyard avro yardım ayıracağına diqqət çəkib.