DAXİLİ İŞLƏR ORQANLARININ VƏ DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİNƏ
Əziz həmkarlar!
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və aparılan məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq daxili işlər orqanlarının və Daxili Qoşunların əməliyyat-xidməti fəaliyyəti 2022-ci ildə də təkmilləşmiş, maddi-texniki bazası modernləşmiş, möhkəm nizam-intizama malik şəxsi heyətimiz üzərinə düşən bütün vəzifələrin öhdəsindən əzmlə gəlmişdir. Digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində respublikada cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə asayişin və təhlükəsizliyin qorunması funksiyaları peşəkarlıqla həyata keçirilmiş, qarşıya qoyulmuş tapşırıqların icrası təmin edilmişdir.
Öz andına həmişə sadiq olan şəxsi heyətin əməyi yola saldığımız ildə də yüksək qiymətləndirilmiş, möhtərəm Prezidentin imzaladığı sərəncamlarla xidmətdə fərqlənən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları dövlət təltiflərinə layiq görülmüşdür.
Əminəm ki, vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələrin öhdəsindən bundan sonra da bacarıqla gələcək, ölkə Prezidentinin, Ali Baş Komandanın etimadını doğruldacaqsınız.
Hamınıza Azərbaycan Respublikasına xidmətə görə təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram!
Vilayət Eyvazov,
Azərbaycan Respublikasının
daxili işlər naziri, general-polkovnik
30 dekabr 2022-ci il.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09