Zəngilan Rayon Polis Şöbəsi IX-XI sinif şagirdləri ilə görüş keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonundakı Zəngilan şəhərciyində yerləşən Mədəniyyət evində ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.

Bu barədəTuranın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Görüş zamanı şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verilib.

Sıralarımıza qatılmaq arzusunda olan gənclərə sağlam həyat tərzi keçirmələri, dərslərini yaxşı oxumaları tövsiyə edilib. Polisin gündəlik fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb. Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında da geniş məlumat verilib.

Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir