Lavrov: “Qərb ATƏT-i təbliğat döyüşləri meydanına çevirib”
“Turanın səsi “ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, Polşanın quruma sədrliyi təşkilatın işinin nəticələrini sıfıra endirib.
Rusiya XİN-in başçısı hesab edir ki, hazırda ATƏT-də işlər yaxşı getmir. O qeyd edib ki, təşkilat bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin son illər “dərin böhran içərisindədir”.
Lavrovun fikrincə, Qərb ATƏT-i özünün kollektiv maraqlarını təşviq edən alət kimi qəbul edir və onu təbliğat döyüşləri meydanına çevirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09