Prokurorluq orqanlarında yeni TƏYİNATLAR

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Digər bir əmrlə Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə isə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorun müavini vəzifəsinə təyinat alıb.

Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini təyin olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir