DİN-in mətbuat xidmətinin məlumatı

Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Axtarışda olduğuna görə ümumilikdə 101, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.


Oğurluq

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Salyan rayon sakini olan bir nəfərin bank hesabından 1422 manatını, Yasamal rayonu ərazisində isə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 80 manatını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Məmməd Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Əliyev və qardaşı Amil müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Quldurluq

Nəsimi rayonu ərazisində Bakı şəhər sakini M.İbiyevin pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Soyğunçuluq

Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Qazax rayon sakini Ceyhun Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ

AŞAGIDAQEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN

WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir