Deputat : “Qərbi Azərbaycan icmasının qərərgahının açılmasında cənab Prezidentin iştirak etməsi özü-özlüyündə verilən bir mesajdır”

0

Qərbi Azərbaycan icmasının qərərgahının açılmasında cənab Prezidentin iştirak etməsi özü – özlüyündə verilən bir mesajdır

Mesaj o deməkdir ki, Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtma haqları var.

Bu fikirləri “Turanın səsi”nə Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Biz istərdik ki, Ermənistan bu hüququ tanısın, sülh yolu ilə, danışıqlar yolu ilə qovub qaçqın etdiyi azərbaycanlılara öz evlərinə qayıtmaq üçün imkan yaratsın.

Prezident dediyindən belə anlaşıldı ki, biz azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını müharibə yolu ilə, zorla istəmirik, Ermənistanın könüllü olaraq razılaşmasını istərdik.

Azərbaycan həm də, Qərbi Azərbaycan icmasına bu dəstəyi göstərməklə onların xətti ilə də, problemlərin müxtəlif beynəlxaq platformalarda qabardılmasını istəyir. Əminəm ki, Qərbi Azərbaycan icması hüququ pozulmuş azərbaycanlılarımızın öz evlərinə qayıtması üçündə məhkəmələrə baş vuracaqlar.

Proses başlayıb. Artıq bütün Qərbi azərbaycanlıların siyahısı tutulur ki, onların real sayını bilək ki, nə qədər insan öz doğma torpaqlarına – indiki Ermənistan ərazisinə qayıtmalıdır.

Deputat “Turanın səsi” nə açıqlamasında sülhməramlılarla da bağlı fikir bildirib.

Qeyd eləmək lazımdır ki, Azərbaycan öz suveren ərazisində hərəkət edir. Bütün dünyada qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyəti inistitutları bu və digər şəkildə müxtəllif problemlərə etirazlarını bildirir. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də separatçı ermənilərin törətdiyi ekoloji fəlakətlərə və özbaşınalıqlara etirazını bildirir.

İstəyim yalnız ekoloji problemlərlə məhdudlaşmaq yox, etirazçıların həm də tələblərinin daha da genişləndirilməsini istərdim.

Etirazın böyüyüb siyasi xarakter alması da labüddür, bunu gözləyirəm, çünki Azərbaycan Laçın koridorunu açıq saxlayıb və Qarabağla Ermənistan arasında bir əlaqə var. Bu humanistlik də bir yerə qədər, bu humanistliyin əbədi olmasına qarşıyam.

Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir. Naxçivan əhalisi gediş – gəliş üçün quru yoldan istifadə edə bilmir, təyyarə biletləri bahadır, nəticədə İran ərazisindən istifadə etməli oluruq. Şərqi Zəngəzur-Naxçıvan məsafəsi 42 km-dir. Bu yolu açmaq istəmir.

Bəs onda biz niyə Ermənistana bu qədər humanist davranmalıyıq? Sülhməramlıların Qarabağda olması sadəcə olaraq beş illik bir öhdəlikdir. Azərbaycan öz öhdəliklərinə sadiqdir. Ermənistan həmin öhdəliklərə əməl etməsə və orada yaşayan ermənilər Azərbaycanın yurisdiksiyasına keçmək istəməsə, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməsə, yəqin ki Azərbaycan artıq onları məcburetmə yoluna qədəm qoyacaq. Bu da o deməkdir ki, sülhməramlıların beş ildən sonra mandatı uzadılmayacaq.

Deputat vurğulayıb ki, o öhdəliklərdə yazılıb ki, məhz BMT– nin qaçqınlar şurasının vasitəçiliyi ilə azərbaycanlılar Xankəndinə qayıtmalıdır. Amma, qayıda bilirmi? Xocalıya qayıda bilirmi? Qayıda bilmir. Çünki, sülhməramlılara ümid olub arxayınlaşıblar.

Fransa kimi və erməni dəstəkçisi olan digər ölkələr də, onların ayağının altına daş qoyaraq sülhdən uzaqlaşdırır.

Bu baxımdan Azərbaycan öz suveren ərazisində yaşayan erməniləri öz cəmiyyətinə intiqrasiya etmək üçün məcburetmə əməliyyatına başlamalıdır – deyə deputat vurğulayıb .

Turanın səsi : Arzu Paşaqızı

⤵️


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir