Deputat “Azərbaycan Autizm Assosiasiyası” ilin yekunları ilə bağlı tədbirdə iştirak edib

0

Azərbaycan Autizm Assosiasiyası ilin yekunları ilə bağlı tədbir keçirib.

Autizmli uşaqların, onların valideynlərinin və təlimçilərin iştirakı keçirilən görüşdə millət vəkilləri, ictimai xadimlər, tanınmış idmançılar və digər fəxri qonaqlar iştirak ediblər.

Turanın səsi” xəbər verir ki , Milli Məclisin deputatı Vüqar İsgəndərov sözü gedən tədbirdən görüntüləri öz feysbuk səhifəsində paylaşmışdır.

Tədbirin əvvəlində il ərzində Azərbaycan Autizm Assosiasiyasının keçirdiyi tədbirlər, yerli və beynəlxalq yarışlar barədə qonaqlara məlumat verilib, bu haqda videoçarx göstərilib. Azərbaycan Autizm Assosiasiyanın sədri Elnur Məmmədli açılış nitqində cari ilin uğurlarından danışıb.

Assosiasiyasının vitse-prezidenti, millət vəkili Jalə Əhmədova autizmli uşaqların və ailələrin həssas qrup olduğunu və cəmiyyətin xüsusi diqqətini tələb etdiyini bildirib.


Tədbirdə 2023-cü ildə fərqlənən autizm mərkəzlərinə, idman klublarına, təlimçilərə diplom və təşəkkürnamələr təqdim olunub. Yarışlarda mükafat qazanan autizmli idmançılara hədiyyələr verilib. Rəsmi hissənin ardınca tədbir bəddi hissə ilə davam edib. İncəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir