Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib
Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” nəşri məlumat yayıb.
Belə ki, Berlində fəaliyyət göstərən “Şarite” klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen COVID-19 pandemiyasının artıq sona çatdığını bildirib: “Fikrimcə, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir”.
Onun sözlərinə görə, qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər güclü və sabit olacaq ki, yayda virusun kütləvi şəkildə yayıla bilməsi ehtimalı azdır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09