Senator: “Ukraynalı qaçqınların çoxu müharibə bitəndən sonra vətənlərinə qayıtmayacaq”
Ukraynadan Almaniyaya gələn qaçqınların əksəriyyəti müharibə bitdikdən sonra vətənlərinə qayıtmayacaqlar.
“Turanın səsi ” DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Berlinin şəhərsalma üzrə senatoru Andreas Qayzel bildirib.
“Təxminən 100 min qaçqının 80 minindən çoxunun uzunmüddətli yaşamaq üçün müraciət etdiyini nəzərə alsaq, çox sayda insanın Berlində illərlə qalacağını və dağıdılmış ölkələrinə qayıtmayacağını gözləmək mümkündür”, – o deyib.
O, nümunə kimi ötən əsrin 90-cı illərində Yuqoslaviya müharibəsi zamanı Bosniyadan Almaniyaya gələn həmkarını misal çəkib. “Onlar Berlində cəmi bir neçə ay qalmağı planlaşdırırdı, lakin bu gün senat administrasiyasında işləyir və özünü alman hesab edir”, – A.Qayzel söyləyib.
Senatorun sözlərinə görə, Ukraynadan olan minlərlə insanı da oxşar tale gözləyir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09