Oktay Əfəndiyev : “Ukrayna öz azadlığını qanı bahasına əldə edir”
Müharibənin əvvəlində-hücumlara, təhdidlərə, nüvə şantajlarına, terrora və raket zərbələrinə dözdük.
Bu qışı da dözəcəyik, çünki biz nə uğrunda mübarizə apardığımızı yaxşı bilirik.
Ukrayna xalqı bu gün mütərəqqi dünya üçün şərə qarşı sipər olaraq, öz azadlığını qanı bahasına əldə edir.
“Turanın səsi” xəbər verir ki , bu fikirləri Oktay Əfəndiyev öz ” feysbuk” səhifəsində paylaşım edərək bildirmişdir.
Bu mübarizədə canından keçən qəhrəmanların ruhları qarşısında baş əyir, mücadilənin önündə olanlara da əzm və iradə arzu edirik.
Biz bir cəmiyyət olaraq bütün maneələri aşacağıq.
Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.
Yolun sonunda nələrin gözlədiyini bilə-bilə tikanlardan ulduzlara doğru irəliləyirik.
İnanırıq ki, göz yaşları sevinclə əvəz ediləcək, ümidsizliklə ölüm, ölüm də həyata məğlub olacaq!
Biz qalib gələcəyik!
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09