Deputat : “Azərbaycan-Serbiya münasibətləri strateji xarakter kəsb edir”

0

Dekabr ayının 21-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasına işgüzar səfəri oldu və bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezident Cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Cənab Aleksandr Vuçiç mətbuat üçün birgə bəyanatla çıxış etdilər.

“Turanın səsi” xəbər verir ki , bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov öz feysbuk səhifəsində paylaşaraq bildirmişdir .

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan-Serbiya münasibətlərinin strateji xarakter kəsb etdiyini vurğuladı və qeyd etdi ki fundamental məsələlərdə bizim mövqeyimiz eynidir və biz eyni ortaq baxışlara malikik və xüsusilə vurğuladı ki hər iki dövlət həm ikitərəfli formatda həmdə çoxtərəfli formatda beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır və təsdiqləyir. Eyni zamanda Cənab Prezident vurğuladıki bu günləri Serbiyanın həm iqtisadi inkişafı, sənaye və kənd təsərrüfatında əldə etdiyi uğurlar, turizmin inkişafında əldə etdiyi nailiyyətlər gələcəkdə bu sferalarda da Azərbaycanla əməkdaşlığın inkişafı üçün yeni imkanlar pəncərəsi açır və eyni zamanda da qeyd etdi ki hər iki ölkə həm Azərbaycan həmdə ki Serbiya beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşir və bu da heç şübhəsiz ki həm də nəqliyyat loqistika sahəsində əməkdaşlıq üçün də yeni imkanlar açmış olur.

Cənab Prezident enerji təhlükəsizliyi baxımından Azərbaycan-Serbiya münasibətlərinə diqqəti çəkdi və qeyd etdi ki Azərbaycan bugün Avropanın enerji təhlükəsizliyində çox mühüm amildir biz Avropa üçün yeni alternativ enerji mənbəyiyik və eyni zamanda təkcə neft və qaz deyil həmçinin elektrik enerjisinin ixracatı baxımından da Avropa ölkələri bizim üçün yeni tərəfdaşdırlar və bir neçə gün öncə bu sahədə imzalanmış sənəd Azərbaycan elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün şəraiti təmin edəcəkdir eyni zamanda 2023-cü ildən başlayaraq Azərbaycan elektrik enerjisinin Serbiyaya çatdırılması təmin ediləcək. Ölkə Prezidenti Cənab İlham Əliyev həmdə müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərinə toxundu və qeyd etdi ki bu sahədə ciddi tərəfdaşlıq münasibətlərimizin qurulması üçün potensialımız böyükdür və bundan maksimum faydalanmaq lazımdır və eyni zamanda dünya bazarlarına biz birgə məhsullarımızlada biz çıxa bilərik.

Və Cənab Prezident vurğuladı ki xüsusilə də bugünləri bizim ticarət sahəsində əməkdaşlığımızın genişləndirilməsi üçün imkanlarınız böyükdür və bugünkü reallıqlar heç də potensialımıza uyğun deyil və biz çalışmalıyıq ki məhz ticarət dövriyyəsinin də həcmini maksimum yüksəldək.

Cənab Prezident çıxışının sonunda vurğuladıki Azərbaycan və Serbiyanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətləri şərtləndirən çoxsaylı amillər içərisində hər iki dövlətin liderlərinin şəxsi dostluq münasibətləri də mühüm rol oynayır bu çox vacib məsələlərdən biridir və beləliklə bundan sonra Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün yen imkanlar açılır və yeni keyfiyyətcə yeni mərhələyə daxil olur.

Eyni zamanda Prezident Vuçiç də Azərbaycan dövlət başçısına səmimi qəbula görə təşəkkürünü bildirdi və qeyd etdi ki dövləti də gəldiyi nümayəndə heyəti də özüdə şəxsən Azərbaycan Prezidentinə səmimi dost kimi yanaşır, bizim çox möhkəm dostluq münasibətlərimiz var və qeyd etdi ki hər dəfə gələndə Bakı şəhərinin, Azərbaycanın simasının nəqədər dəyişdiyini görür və dostu Cənab İlham Əliyevin qazandığı uğurlardan olduqca məmnundur və olduqca böyük sevinc hissi keçirir və söylədiki açıq şəkildə də o Cənab Prezidentin qazandığı nailiyyətləri tərifləyir və bundan çəkinmir və ümümiyyətlə vurğuladı ki Azərbaycandan və Serbiyadan qat-qat güclü dövlətlər var amma onların liderlərini Serbiya Prezidenti tərifləmir amma Azərbaycan Prezidenti haqqında ən xoş sözləri söyləyir çünki Azərbaycan Prezidentindən çox öyrənib, çox məsələləri məhz Azərbaycan Prezidentindən öyrənir və onun strateji baxışları Vuçiç üçün də olduqca əhəmiyyətlidir və Cənab Vuçiç də vurğuladı ki bugünləri Azərbaycanın qazandığı uğurları kimlərsə neft və qazla bağlayırlarsa bunun heç bir əsası yoxdur .

Azərbaycandan on dəfə böyük neft və qaz potensialına malik olan dövlətlər var və onlar hansı durumda yaşayırlar hansı iqtisadi çətinliklərlə və hansı böhranlara üz-üzə qalırlar bu heç kəsə sirr deyil və Cənab Vuçiç də vurğuladı ki bundan sonra hər iki dövlət həm iqtisadi sahədə həm ticarət sahəsində, sənaye sahəsində nəqliyyat loqistika sahəsində, kənd təsərrüfatı turizm, müasir texnologiyalar, müdafiə sənayesi, enerji təhlükəsizliyi və digər sferalarda əlaqələri dahada inkişaf etdirmək əzmindədirlər və eyni zamanda bu istiqamətdə hökümət nümayəndələrinə tapşırıqlar verilib və yaxın günlərdə Azərbaycan hökumət nümayəndələ heyəti Serbiyaya gələcək və bundan sonrakı Azərbaycan-Serbiya əlaqələrinin inkişafı üçün daha böyük imkanlar və perspektivlər açılacaqdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir