DİN-in Mətbuat Xidmətinin məlumatı

0

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini-2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


Dekabrın 23-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Dekabrın 23-də saat 4 radələrində Masallı rayonunun Öncəqala kəndi ərazisində Lənkəran rayon sakini Ş.Fərəcov idarə etdiyi “Kia” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Nəticədə Ş.Fərəcovun sərnişinləri olan həyat yoldaşı Əminə və oğlu Aslan hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dekabrın 23-də saat 11 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində Füzuli rayon sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini P.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Dekabrın 23-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini H.Nağızadə idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən X.Kərimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Oğurluq


Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən 4600 manat dəyərində 340 metr elektrik kabelinin oğurlanması barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Baloğlanov və Vüqar Tahirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Oğurluq


Sumqayıt şəhər sakininin itirdiyi bank kartından 390 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmir Musayev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir