Deputat : “Möhtərəm Prezident ən xoş arzularla təbrik edirəm Tanrı Sizi qorusun”

0

24 dekabr-Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə gördüyü işlərdə uğurlar arzulayıram.

Turanın səsi ” xəbər verir ki , bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev öz facebook səhifəsində paylaşaraq bildirmisdir.

Müasir dünyada, o cümlədən yerləşdiyimiz regionda olduqca mürəkkəb, ziddiyətli proseslər gedir. Əksər hallarda beynəlxalq hüquq işləmir və dünya nizamı dəyişir. Tarixən dost, qonşu xalqlar qarşı-qarşıya qoyulur və barışmaz düşmənə çevrilirlər. Daxildə ictimai-siyasi sabitlik, sosial ədalət prinsipləri pozulur və cəmiyyət idarəolunmaz xarakter alır. Nəticədə böyük tarixi keçmişi, dövlətçilik ənənələri olan dövlətlər belə süqut edir. Milyonlarla insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır.
Eyni zamanda, böyük dövlətlər təbii resurslar uğrunda amansız rəqabət aparır və nəticə əldə olunması üçün üçüncü qüvvələrdən, hətta terror təşkilatlarından belə istifadə etməkdən çəkinmirlər. Ələlxüsus, müstəqil siyasət aparan, milli maraqlarından çıxış edən dövlətlərin, daim təzyiq altında saxlanılması heç kim üçün sirr deyil.
Sadaladıqlarım zəmanəmizin reallıqlarıdır. Bütün bunların baş verməməsi üçün olduqca düşünülmüş, ölçülü-biçili idarəetmə sistemi qurulmalı, xarici və daxili siyasət bir-birini tamamlamalı, uzlaşdırılmalıdır. Milli birlik təmin olunmalı, ölkənin qarşısında duran problemlər həllini tapmalıdır.
Tale belə gətirib ki, yerləşdiyimiz coğrafiya, bütün zamanlarda imperiyaların, böyük dövlətlərin maraq dairəsində olmuşdur. Azərbaycanın müstəqilliyini, güclənməsini, iqtisadi inkişafını həzm edə bilməyən qüvvələr öz çirkin niyyətlərini gizlətmir, milli birliyimizin pozulması üçün ən müxtəlif vasitələrdən çəkinmirlər.
Dünyada baş verən prosesləri, süni şəkildə yaradılmış böhranları təhlil etdikdə bir daha əmin olursan ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Tarixin ən çətin sınaqlarından üzüağ çıxmış Lideri, son dərəcə mürəkkəb geosiyasi şərtlər daxilində öz torpaqlarını işğaldan azad etmiş Müzəffər Ali Baş Komandanı var. Gənclik dövründə ağsaqqallıq zirvəsinə qalxmış cənab İlham Əliyev prezidentliyində ölkə tamamilə yenidən qurulmuş, bir çox transmilli layihələr icra olunmuşdur. Adını həm Qurucu, həm də Müzəffər Ali Baş Komandan olaraq, Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışdır.

Bir həqiqəti nəzərə almaq lazımdır. Ölkənin hərtərəfli inkişafından tutmuş, 200 ildən bəri itirdiklərimizi cəmi 44 günlük müharibədə azad etmək kimi möhtəşəm qələbələr ancaq və ancaq, Uca Yaradan tərəfindən seçilmiş liderlərə nəsib olur. Prezident İlham Əliyev həmin seçilmişlərdəndir.
Prezident İlham Əliyev Azərbaycanın beynəkxalq nüfuzunu birə min artırdı. Türk dünyasında, qardaş, dost ölkələrdə özünə inam hissi formalaşdırdı. Ən əsası isə, xalqımızın, dünyanınbir çox ölkələrində yaşayan milyonlarla soydaşımızın sınmış qürurunu bərpa etdi.
Bütün bunlara görə 50 milyonluq Azərbaycan xalqı İlham Əliyevi haqqlı olaraq, öz Lideri olaraq qəbul edir. Onunla fəxr edirlər.
Möhtərəm Prezident!
Bir daha ən xoş arzularla təbrik edirəm!!! Tanrı Sizi qorusun!!!
24.12.2022.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir