Messi PSJ-də daha bir mövsüm keçirəcək

Argentina millisinin ulduz futbolçusu Lionel Messi yayda Fransanın PSJ klubunu tərk etməyəcək.

Turanın səsi ” “Relovo” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun atası ilə görüşüb.

Toplantıda təcrübəli oyunçunun klubda daha bir mövsüm keçirməsi ilə bağlı şifahi razılıq əldə olunub.

Bundan əlavə, Messiyə sabiq klubu İspaniya “Barselona”sından rəsmi təklif gəlmədiyi də bildirilib.

Messi Qətərdəki dünya çempionatının qalibi olduqdan sonra daha bir dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatmalıdır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir