DEPUTAT : “Bu, düşmən dəyirmanına su tökməkdir”
“Xankəndi-Şuşa yolunda ekoloqlar, vətəndaş cəmiyyəti üzvləri və könüllülərin keçirdiyi aksiyaları yüksək qiymətləndirirəm. Şaxtaya, çovğuna baxmadan, gecə-gündüz təbii sərvətlərimizin ermənilər tərəfindən talan olunmasına həsr edilən aksiyada iştirak edənlərin hər biri böyük hörmətə layiqdir. Onların hərəkətləri əsl vətənpərvərlik nümunəsidir”.
“Turanın səsi” News24.az-a istinadən xəbər verir ki , bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
O qeyd edib ki, ermənilər 30 illik işğal dövründə olduğu kimi, hazırda da talançılığa davam etmək istəyirlər: “Ancaq bəzi azərbaycanlıların rişxəndlə yanaşması, aksiyanı gözdən salmaq cəhdləri qətiyyən anlaşılan deyil. Əksinə, erməni dəyirmanına su tökməkdir, vicdansızlıqdır, anti-milli davranışdır. İnsan oturduğu budağı kəsməməlidir! Xoşbəxtlikdən bu tip adamların sayı barmaqla sayılacaq qədərdir. Azərbaycan xalqı müdrikdir, yaxşını pisdən ayırmağı bacarır. Ona görə də həmin qüvvələr qətiyyən bizi ruhdan salmamalıdır. Aksiya davam etdirilməli, ekologiyamıza, təbii sərvətlərimizə sahib çıxmalıyıq”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09