Cəlilabadda ödəmə terminalını oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birindən gecə saatlarında içərisində 8784 manat nağd pul olan ödəniş terminalının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Lütfulla Qənbərov müəyyən edilərək saxlanılıb.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Araşdırmalarla məlum olub ki, gecə saat 03 radələrində gizli yolla marketə daxil olan həmin şəxs orada qoyulmuş ödəmə terminalını başqa yerdə sındırıb içərisindəki pulları götürmək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq aparıb. Oğurlanan ödəniş aparatı içərisindəki nağd pulla birlikdə L.Qənbərovun gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir