Zelenski ABŞ Konqresində: “Gələn il dönüş nöqtəsi olacaq”

0


“Gələn il Ukrayna üçün dönüş nöqtəsi olacaq”.

Turanın səsi”  xəbər verir ki, bunu Ukrayna Prezdenti Volodimir Zelenski ABŞ Konqresində çıxışı zamanı deyib.

“Gələn il dönüş nöqtəsi olacaq. Bilirəm. Bu, Ukraynanın cəsarəti və amerikalıların qətiyyətinin öz dəyərlərini müdafiə edən insanların azadlığını təmin edəcəyi məqamdır”, – o bildirib.

O, əlavə edib ki, ABŞ-a gəlməzdən əvvəl cəbhədə, Ukraynanın şərqində olub:

“Ukrayna yıxılmayıb, Rusiyanın genişmiqyaslı işğalına baxmayaraq yaşayır və hələ də mübarizə aparır. Rusiya tiranlığı Ukrayna üzərində nəzarəti itirib. Bu, bir daha heç vaxt Ukrayna xalqının şüuruna təsir etməyəcək”.

Onun sözlərinə görə, Ukrayna heç vaxt ABŞ ordusundan Rusiyaya qarşı döyüşməyi xahiş etməyib:

“Ukrayna Silahlı Qüvvələri Amerika texnikasını məharətlə idarə edə bilir. Rusiya təcavüzünü dayandıra bilər, lakin ABŞ-ın onu sürətləndirmək imkanı mövcuddur. Bizim artilleriyamız var. Onun üçün təşəkkür edirəm. O kifayət edirmi? Yox, əslində”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN

WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir