Adil Əliyev : “Gənclər bizim gələcəyimizdir Gənclərimizə uğurlar arzulayıram”
Gənclər Fondu tərəfindən elan edilmiş istedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqənin qalibləri ilə görüşdük. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşımıza qoyduğu prioritetlərdən biri də gənclərin elmli, təhsilli, sağlam ruhlu, layiqli vətəndaşlar kimi yetişməyidir. Gənclər və elm sahəsi Birinci Vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın da diqqət mərkəzində olan sahədir.
” Turanın səsi ” xəbər verir ki , Milli Məclisin Vitse-Spikeri Adil Əliyev bu barədə öz facebook sehifəsində paylaşım etmişdir.
Mehriban xanımın Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi onun bu sahəyə verdiyi misilsiz töhfənin miqyasını nümayiş etdirir.
Azərbaycan Respublikası Milli Məclisin Gənclər və idman komitəsinin sədri olaraq 431 nəfər istedadlı gəncimizin təhsil xərclərinin tam və ya qismən Gənclər Fondu tərəfindən qarşılanmasını yüksək qiymətləndirirəm. Sevindirici haldır ki, həm ali həm də orta ixtisas təhsil müəsissəsində təhsilalanlar var. Xüsusi qeyd etmək istərdim ki, bu müsabiqənin keçirilməsində ən müasir innovativ texnologiyalardan – GencApp mobil tətbiqindən istifadə edilmişdir.
Bu da obyektivliyin təmin olunmasında vacibdir. Gənclərimizin təhsil və sosial müdafiə məsələlərinin həlli cənab Prezidentin müvafiq tövsiyə və tapşırıqları əsasında həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsində qazandığımız böyük zəfərdən sonra gənclərimiz daha qürurludur.
Zəfərimizdən sonra müxtəlif xarici qüvvələrin Azərbaycana qarşı olan qısqanclıq hissi və təxribatçı addımları artıb. Bunların qarşısının alınmasında gənclərimiz əsas qüvvə kimi çıxış edir. Gənclər bizim gələcəyimizdirsə zəfər təkcə hərb meydanında qazanılmır, eləcə də elm, təhsil meydanlarında, universitetlərdə qazanılır. Gənclərimizə uğurlar arzulayıram.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09