Dünya Bankı Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb

Dünya Bankı İspaniyanın zəmanəti ilə Ukraynaya 100 milyon avro məbləğində maliyyə yardımı ayırıb. “Turanın səsi ”  xəbər verir ki, bu barədə İspaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Dünya Bankı “Better Health and Save Life” layihəsi çərçivəsində İspaniyanın zəmanəti ilə Ukraynaya ilk 100 milyon avroluq yardım paketini elan edib: “İspaniyanın maliyyə dəstəyi Ukraynaya Dünya Bankı tərəfindən təsdiq edilmiş üç yardım proqramından birincisini işə salmağa imkan verəcək”.

Qeyd edilib ki, bu maliyyə vəsaiti Ukraynada əsas tibbi xidmətlərə çıxışı bərpa etmək və yaxşılaşdırmaq, həmçinin səhiyyə sahəsində ehtiyacları ödəmək üçün istifadə olunacaq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

.
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir