Emin Əmrullayev: “Baza savadlılığı zəif olanlardan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür”
“Məşğulluğa təhsilin təsiri məsələsində baza bacarıqları və savadlılıq önəmlidir. Misal olaraq, insanın oxuyub-anlama bacarığı yoxdursa, sadə riyazi hesablamaları və yaxud da təbiət elmlərində baza savadlılığı zəifdirsə ondan İT mütəxəssisi hazırlamaq qeyri-mümkündür”.
“Turanın səsi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, kütləvi keyfiyyəti bağça yaşlarında baza savadlılığı səviyyəsində təmin etmək lazımdır: “Həm peşə, həm də ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından yüksək səviyyədə gedir. Qısa müddət ərzində qısamüddətli kurslar, peşəyönümlü təlimlərin də müəyyən qədər faydası var. Altı ay müddətində müəyyən bazası olan şəxsdən xidmət sahəsində məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq olar”.
O qeyd edib ki, əldə olan alətlərlə beynəlxalq rəqabətə davam gətirəcək kadr hazırlamaq real deyil.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09