DİN-in mətbuat xidmətinin sentyabrın 5-nə olan məlumatı

Sentyabrın 5-də saat 20 radələrində Hacıqabul şəhəri ərazisində Zaqatala rayon sakini M.Məhərrəmov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sentyabrın 5-də saat 14 radələrində Cəlilabad rayonunun Musalı kəndi ərazisində Şatırlı kənd sakini R.Əmənov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini Ceyhun Fərəclini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sentyabrın 5-də saat 19 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini S.Alıyevin idarə etdiyi “QAZ-53” və Gəncə şəhər sakini Ruslan Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Nəsibov orada ölüb.
Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir