KİV: Tokio ukraynalı istehkamçılara təlim keçəcək və Kiyevə mina detektorları verəcək

Yaponiya hökuməti istehkamçılar üçün təlimlər təşkil etməklə və minaaxtaran avadanlıqlarla təmin etməklə Ukraynaya minatəmizləmə işində kömək etməyi planlaşdırır.

“Turanın səsi”  xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Yaponiya bu sahədə zəngin təcrübəyə malik Kamboca ilə birlikdə ukraynalı istehkamçıların hazırlanmasını planlaşdırır. Əvvəlcə ukraynalı mütəxəssislərin Pnompenə dəvət olunması planlaşdırılır, sonra isə apreldə Kamboca və Yaponiya Polşaya ekspertlər qrupunu göndərmək niyyətindədirlər və təlimlər burada davam etdiriləcək.

Təlim üçün Pnompenə 15 nəfər dəvət oluna bilər. Bundan əlavə, yazda Yaponiya mina detektorlarını Ukraynaya köçürməyi planlaşdırır.

Kambocada hökumətin əsas sosial vəzifələrindən biri illərlə davam edən vətəndaş müharibəsindən sonra yerdə qalan partlayıcı sursatların və minaların təmizlənməsidir. Yaponiya bu işdə ölkəyə kömək edir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir