Türkiyə sahillərində gəmidə yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyə sahillərində, Qara dənizin Sinop vilayətində yük gəmisində baş verən yanğında 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Turanın səsi”  xəbər verir ki, bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldüyü güman edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin təfərrüatları araşdırılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ

TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir