Komitələrin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr aparılıb

Noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təqdim edilib.

Milli Məclisin sədr müavini Musa Qasımlı iclası açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş 2027-ci ilin dövlət büdcəsi layihəsinin mükəmməl hazırlandığını vurğulayıb. O qeyd edib ki, sənədin əsas məqsədi ölkəmizdə sabit, davamlı inkişafı təmin edərək dövlətimizin qüdrətini daha da möhkəmləndirmək və xalqımızın rifah halını daha da yaxşılaşdırmaqdır. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, dövlət büdcəsi hesabına davamlı şəkildə tikinti-quruculuq işlərinin aparılması, qısa müddətdə təxminən 100 min nəfərədək keçmiş məcburi köçkünün öz yurdlarına köçürülməsi, infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılması dövlətimizin maliyyə-iqtisadi siyasətinin düzgün qurulduğunu, onun bütün amillər nəzərə alınaraq proqnozlaşdırıldığını və sistemli şəkildə həyata keçirildiyini göstərir.

Arzu Paşaqızı