İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb
Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
İclasda komitənin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.Tədbiri açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2027-ci ilin büdcə zərfinin qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə daxil olduğunu, Hesablama Palatası tərəfindən büdcə sənədlərinə dair rəylərin hazırlandığını bildirib.

Arzu Paşaqızı