İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Oktyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ daxil edilib.


Komitənin sədri Azər Əmiraslanov birinci məsələnin Hafiz Mahir oğlu İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy barəsində olduğunu bildirib. O, Hesablama Palatasının Milli Məclis tərəfindən yaradılan ali audit orqanı olduğunu, Palatanın auditorlarının Parlament sədrinin təqdimatı əsasında vəzifəyə təyin edildiyini diqqətə çatdırıb.


Qeyd edilib ki, H.İsmayılbəylinin namizədliyinin yenidən irəli sürülməsi onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Onun Hesablama Palatasının auditorlarına dair müəyyən edilmiş tələb və meyarlara tamamilə cavab verdiyi söylənilib. Komitə onun peşəkarlığını və iş təcrübəsini nəzərə alaraq, Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilməsi barədə təqdimata müsbət rəyini bildirir.

Arzu Paşaqızı