Sahibə Qafarova Bişkekdə TÜRKPA Şurasının iclasında çıxış edib

Oktyabrın 20-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.


“turaninsesi.az” xəbər verir ki, çıxışında ötən dövr ərzində görülmüş işlərin təşkilatın fəaliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirən Azərbaycan parlamentinin sədri vurğulayıb ki, 14-cü plenar iclasdan sonra keçən dövr bir sıra məqamlarla əlamətdar olub.
Spiker Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin və Qazaxıstan Respublikası Qurultayının yeni üzvlərinə ölkələrinin və xalqlarının rifahı naminə gördükləri işlərdə uğurlar arzulayıb.
TÜRKPA-nın üzərinə tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın maraqlarına parlament diplomatiyası çərçivəsində xidmət edilməsi kimi mühüm missiya düşdüyünü söyləyən Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir.

Arzu Paşaqızı