Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
Oktyabrın 7-də Milli Məclisin Aqrar siyasət komitəsinin ictimai dinləmə formatında iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclasda birinci oxunuşda olan iki məsələ – “Aqrar sahə haqqında” və “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb.Komitə sədri Tahir Rzayev iclası açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin hazırkı dövrdə aqrar sektorun dayanıqlı inkişafını, ərzaq təhlükəsizliyinin təmin edilməsini, kənd təsərrüfatı torpaqlarından istifadənin səmərəliliyini artırmaqla aqrar məhsulların istehsalı və emalı üçün lazımi şəraitin yaradılmasını, məhsuldarlığın yüksəldilməsini başlıca vəzifə kimi qarşıya qoyduğunu vurğulayıb.
Arzu Paşaqızı