Sahibə Qafarovaİslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının koordinasiya iclasında iştirak edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində işgüzar səfərdədir.
Səfər çərçivəsində Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) koordinasiya iclasında iştirak edib.
İclasda çıxış edən spiker Sahibə Qafarova bu iclasın Azərbaycan Parlamentinin sədrliyi altında keçirildiyini qeyd edərək, bildirib ki, İƏTPİ Konfransının 20-ci sessiyası bu ilin iyununda Bakıda uğurla baş tutdu və parlamentimiz bu təşkilata sədrliyi qəbul etdi. Bu sədrlik Azərbaycanın İslam dünyasında həmrəyliyi və sıx əlaqələri gücləndirməyə sadiqliyini əks etdirir.
Arzu Paşaqızı