Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oktyabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə yeddi məsələnin daxil edildiyini söyləyib.


Komitə sədri əvvəlcə “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların keyfiyyətcə yeni mərhələsində Azərbaycan Prezidenti tərəfindən “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin Milli Məclisə təqdim edildiyini vurğulayıb. Sənədin əhalinin aztəminatlı təbəqələrinin və digər həssas qruplarının hüquqi yardıma əlçatanlığının artırılmasına yönəlmiş mühüm qanunvericilik təşəbbüsü olduğunu bildirib.

Arzu Paşaqızı