Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.
Bu barədə “turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən məlumat daxil olub.
Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərlə E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar.
Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı