Prezidentin “general-leytenant” rütbəsi verdiyi Allahverən İsmayılov KİMDİR?-DOSYE

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam müvafiq imzalayıb.

“turaninsesi.az ” general-leytenant Allahverdi İsmayılov barədə önəmli faktları araşdırıb:

Allahverən İbiş oğlu İsmayılov Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) rəisinin müavinidir.

O, XRİTDX-dəki cari fəaliyyətindən əvvəl, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsində çalışıb və xüsusi xidmət orqanları üçün kadr hazırlığına rəhbərlik edib.

Dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi və strateji rabitə sahəsindəki uzunmüddətli səmərəli xidmətlərinə görə general 2016-cı ildə “Əməkdar mühəndis” fəxri adı, 2024-cü ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Arzu Paşaqızı