Gənclər və idman komitəsinin iclasında
Sentyabrın 22-də Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Şahin İsmayılov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə iki məsələnin daxil edildiyini bildirib.
İlk növbədə, komitə sədri gündəliyin birinci məsələsi olan 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 4 iclas keçirilib və 6 məsələyə baxılıb. Bununla yanaşı, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində ümumilikdə komitəyə 125 müraciət daxil olub, onlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Komitə sədri deyib ki, ötən dövrdə seçicilərlə görüşlər keçirilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

Arzu Paşaqızı