Sahibə Qafarova TÜRKPA-nın Baş katibi ilə görüşüb
Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.
Görüşdə TÜRKPA-nın türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafındakı rolu, türkdilli ölkələri maraqlandıran məsələlərin müzakirəsi baxımından təşkilatın əhəmiyyəti, bu quruma üzv ölkələrin liderlərinin təşkilata verdiyi dəstəyin önəmi barədə fikir mübadiləsi aparılıb.
Arzu Paşaqızı