Prezident icra başçısını vəzifədən azad etdi

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

turaninsesi.az ” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ayaz Əsgərov 2016-cı ildən bəri Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi.

Arzu Paşaqızı