Sahibə Qafarova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib

Sentyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova “Parlament Əməkdaşlığında gənclərin rolu” mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) Baş Qərargahında fəxri qonaq qismində çıxış edib.


Azərbaycan parlamentinin spikeri əvvəlcə qərargahda yaradılan şəraitlə tanış olub.
Sonra gənclər qarşısında çıxış edən spiker Sahibə Qafarova Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə verdiyi mühüm töhfələr haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın sədrliyi qlobal miqyasda ciddi çağırışların, xüsusilə COVID-19 pandemiyasının yaşandığı dövrə təsadüf edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının həmrəyliyinin və praktiki fəaliyyət imkanlarının nümayiş etdirilməsində mühüm rol oynayıb.

Arzu Paşaqızı